Zehni açan 4 ədviyyat

Zehni açan 4 ədviyyat
  • Maraqlı / Araşdırma

  • Zəfəran: zəfəran bitkisi istehlak edildikdə depressiyayla mübarizə aparıb, eyni zamanda öyrənmə və yaddaş qabiliyyətlərini də inkişaf etdirir. "Journal of Ethnopharmacology" jurnalında dərc olunan bir araşdırmaya görə zəfəran kiçik və orta dərəcəli depressiyanı müalicə etməkdə uğurlu nəticələr verir.

    Sarıkök: sarıkökə sarı rəngini verən kur-kumin adlı maddə, aktioksidant xüsusiyyət göstərən bir fermenti ehtiva edir.

    Asiya.az deyerler.org-a istinadən bildirir ki, bu ferment də ərpin əmələ gəlməsini əngəlləyir. Həmçinin iltihab önləyici xüsusiyyəti olan sarıkök, xərçənglə mübarizə aparır və zehni açır.

    Adaçayı: adaçayında olan maddələr Alzheimer müalicəsində istifadə edilən dərmanların tərkibləri böyük bənzərlik göstərir. "Pharmacological Biochemical Behavior" jurnalında dərc olunan bir məqaləyə görə yalnız 50 mikro litrə qədər adaçayı yağı yaddaşı əhəmiyyətli dərəcədə inkişaf etdirir.

    Darçın: darçın qoxusu da zehni açır. Hətta darçın tərkibli saqqız da yaddaşı, diqqəti və fikrin toplanmasını inkişaf etdirir. Şəkər səviyyəsini tənzimləyir, qan və limfa xərçəngi hüceyrələrinin çoxalmasının qarşısını alır, trombositlərin laxtalanmasına mane olur, antibakterial xassə göstərərək infeksiyaların qarşısını alır.
    PAYLAŞ:

    Oxşar xəbərlər