Prokuror Aygün Bəylərin qardaşına 19 il 6 ay cəza istədi

Prokuror Aygün Bəylərin qardaşına 19 il 6 ay cəza istədi
  • Hadisə

  • Qətl törətməkdə təqsirləndirilən dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Asiya.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun məhkəməsinə hakim Cavid Hüseynov sədrlik edib.

    Məhkəmədə dövlət ittihamçısı çıxış edib.

    Prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı Abbas Hümmətovun 19 il 6 ay, Fuad Məmmədzadənin 20 il, Elnur Alxazovun 20 il, Ramil Əsirovun 20 il, Elnur Əsirovun 20 il, Cavid Alxazovun isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Bildirək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonunda narkotik vasitə əkib, satıb pul qazanmaq qərarına gəliblər.

    Birlikdə iş gördükləri Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər və onu öldürüblər.

    Mərhum Elnur Hümmətov 2013-cü ilin may ayında itkin kimi axtarışda olub. Qətlin üstü 2016-cı ilin avqustun 30-da açılıb.

    Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər