DYP əməkdaşı Bakının mərkəzində tələbə qızı maşınla vurdu

DYP əməkdaşı Bakının mərkəzində tələbə qızı maşınla vurdu Bu gün saat 13: 00 radələrində paytaxtda Azərbaycan Neft və Sənaye Universitetinin yaxınlığında Dövlət Yol Polisinə (DYP) məxsus 99 YP 316 dövlət nömrə nişanlı avtomobil tələbə qızı vurub.

Bu barədə "Sherg.az"a hadisənin şahidi olan əməkdaşı məlumat verib.

O bildirib ki, DYP əməkdaşı əks yolla hərəkət edərək qoşa xətti tapdalayıb və yolu keçmək istəyən tələbəni vurub: "

Tələbənin vəziyyəti ağır idi. Onu taksiyə qoyub xəstəxanaya apardılar. DYP isə həmin taksinin arxasınca getdi".

Oxşar xəbərlər