Cinayət Məcəlləsinə kompleks dəyişikliklərə MM-də baxılır

Cinayət Məcəlləsinə kompleks dəyişikliklərə MM-də baxılır
  • Siyasət

  • Azərbaycan prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli proqram xarakterli sərəncamından irəli gələn, Ali Məhkəmə və Ədliyyə Nazirliyi ilə birlikdə üzərimizə düşən vəzifələrin tam və dəqiq yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə birgə işçi qrupu yaradılaraq geniş təkliflər paketi hazırlanıb müvafiq qaydada təqdim edilib.

    Asiya.az xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

    Baş prokuror bildirib ki, təkliflər hərtərəfli təhlil edilərək qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanaraq prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilib və hazırda baxılmaq ərəfəsindədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər