“Mən xərçəng olsaydım, nə edərdim?” - Onkoloqdan 5 MƏSLƏHƏT

“Mən xərçəng olsaydım, nə edərdim?” - Onkoloqdan 5 MƏSLƏHƏT
  • Maraqlı / Araşdırma

  • Amerikalı həkim Mark Hayman xərçəng diaqnozu tapılacağı halda edəcəyi 5 qaydanı bölüşüb.

    Asiya.az medicina.az-a istinadən həmin qaydaları təqdim edir:

    1. Şəkər, qənddən imtina edərdim

    Şəkər xərçəng hüceyrələrini qidalandıran maddədir və onları artırır. İl ərzində orta statistik insan 70 kq şəkər yeyir. Əgər xərçənglə uğurlu mübarizə aparmaq istəyirsənsə, şəkər, qənd və şirin qidaları minimuma endirəcəksən.

    2. Orqanizmimə "düşməyən" qlütenli qidaları menyudan çıxarardım

    35 % amerikalılar qlütenə qarşı həssasdırlar. Amma onlar un məmulatı yeməkdən əl çəkmirlər. Nəticədə ya xərçəngdən, ya da infarktdan ölürlər. Həmçinin süd də zərərli qidalar sırasındadır. Orqanizmin səsinə qulaq as. Hansı ərzağı yedikdən sonra özünü pis hiss edirsənsə, o ərzaqdan uzaq dur.

    3. İltihabla mübarizə aparardım

    İltihab, soyuqdəymə bütün xroniki xəstəliklər, həmçinin xərçəngə aparan yoldur. Adətən insulinə qarşı rezistentlik, autoimmun xəstəliklər və allergiya ilə özünü büruzə verir. Əgər özünüzü çox yorğun, tükənmiş hiss edirsinizsə, iltihabi proseslər varsa, Omeqa-3 qəbul edin. O, sizi qaydaya salacaq.

    4. Bağırsaqlarımın qeydinə qalardım

    Çox alimlər bağırsaq xərçənginin səbəbini mikroblarda, bakteriyalarda görür. Ona görə bacardıqca çox probiotik və prebiotik - kefir, yoqurt yeyin. Eləcə də fitonutrientlər - giləmeyvə, kurkumin - sarıkök, resveratrol - üzümdə olur - qəbul edin. Bunlar bağırsağın iltihabi proseslərini azaldacaq.

    5. Toksinlərdən qaçardım

    Bütün yenidoğulmuşlar dünyaya göbəyində 287 kimyəvi maddə ilə doğulur. Deməli, heç birimiz toksinlərdən qaça bilmərik. Amma onları azalda bilərik. İlk növbədə ftalatlar, bisfenol, antipiren, ağır metallar, civə, qurğuşundan qorunmaq lazımdır. Plastik butulkada su, plastik qabda yemək almayın. Yarımfabrikatlar yeməyin. Şəhər mərkəzində çox olmayın. Meşədə, çöldə bacardıqca çox gəzin. Orqanizmdən toksinləri təmizləməyin yollarını sınayın.
    PAYLAŞ:

    Oxşar xəbərlər