Təhsil Nazirliyi: Müəllimlər Günü ilə əlaqədar pul yığılarsa...

Təhsil Nazirliyi: Müəllimlər Günü ilə əlaqədar pul yığılarsa...
  • Sosial

  • 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin "146" qaynar xəttinə müraciət edə bilərlər.

    Bu barədə özəl olaraq Trend-ə Təhsil Nazirliyindən bildirilib.

    Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: "Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər".

    Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.
    PAYLAŞ:

    Oxşar xəbərlər