Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı

Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı
  • Hadisə

  • Sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

    Asiya.az xəbər verir ki, Ali Məhkəmədən verilən məlumata görə, sabiq nazirin şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.

    Məhkəmənin baxış iclası noyabrın 14-nə təyin edilib.

    Qaradağ rayon Məhkəməsinin hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən sabiq nazirin vəkilləri apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

    Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib.

    Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir.

    Əli İnsanov ittihamları qəbul etmir.
    PAYLAŞ:

    Oxşar xəbərlər