Əbülfəz Məlikov və havadarlarının yağ biznesi-xəyanət və xərçəng - EKSPERT RƏYİ

Əbülfəz Məlikov və havadarlarının yağ biznesi-xəyanət və xərçəng - EKSPERT RƏYİ
  • Olay

  • Prezident İlham Əliyevin “Monopoliya ləğv olunsun” əmrindən sonra da heç nə dəyişməyib

    Devalvasiyadan sonra ilk addım kimi prezident İlham Əliyev gömrükdə monopoliyanın ləğvinə qərar verdi. Sivil dövlətlərdə gömrük sistemində aparılan islahatlar ölkəni ağ günə şıxarmaq üçn yeganə və ilk addımlardan biridir ki, bu istiqamətdə də ölkə rəhbərliyi tətəfindən addımlar atıldı, qərarlar verildi. Prezidenti artıq gömrükdə monopoliya olmadığına inandırmağa çalışsalar da, əslində vəziyyət başqadır. Sadəcə ölkəyə gətirilən malların bəzilərinin üzərindən monopoliya yığışdırılsa da, “baş monopolistimiz” Əbülfəz Məlikov və onun hegemonluğu hələ də qorunur. Nəinki qorunur, hətta ona işində yaxından yardımçı olanlar da var. Hamıya məlumdur ki, Azərbaycana xaricdən kərə yağının gətirilməsinə “monopilya naziri” kimi tanınan Əbülfəz Məlikov rəhbərlik edir. Ölkəyə isə əsasən yağ Zelandiya və Gürcüstandan gətilir ki, bu proses də birbaşa Ə.Məlikovun nəzarəti altındadır. Hətta qonşu ölkələrlə sərhəddə yerləşən rayonlarda vətəndaşlar ölkəyə 5 kq-dan artıq yağ keçirə bilməzlər. Bununla bağlı kifayət qədər video görüntülər var. İlk olaraq onu bildirək ki, ölkəyə gətilən yağların mənşəyi kimsəyə aydın deyil. Bu barədə bir qədər sonra. Əsas məsələlərdən biri də ondan ibarətdir ki, bu gün hamımız Gürcüstanda 6-6.50 qəpik olan Yeni Zellandiya yağını 17 manata alırıq. Bu iki məsələ ilə bağlı ekspert rəylərini yazıda oxuyacaqsınız. Amma bir məqamı da vurğulamaq yerinə düşər ki, ekspertlər, bir sıra KİV-lər bu faktları dəfələrlə gündəmə gətirsələr də, qiymətindən qat-qat baha olan və mənşəyi bilinməyən yağları ölkəyə gətirənin kimliyi haqda çox vaxt susqunluq nümayiş etdirilir. Bunun səbəbləri haqda RealMedia.az-a olduqca ciddi faktlar məlumdur, sadəcə olaraq, mövzudan yayınmamaq üçün hələlik onlara toxunmuruq. Bu günə qədər mənşəyi bilinməyən yağların kimlər tərəfindən gətirilməsinin niyə az qala dövlət sirri kimi qorunması, Ə.Məlikovun mediadakı “qoruyucu mələkləri” ayrıca mövzudur.

    Bahalaşdıqca bahalaşan kərə yağları

    Bu əsnada RealMedia.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, bu ilin əvvəlindən Bakı supermarketlərində kərə yağı 70 faizə qədər bahalaşıb və nəticədə Azərbaycanda bu məhsulun onsuz da normadan 8 dəfəyədək aşağı olan istehlakı bir qədər də azalıb. Əsas bahalaşma avqust ayında baş verib. Məsələn, avqustda Zelandiya yağının kiloqramı əvvəlcə 14 manatdan 16 manata, daha sonra isə 18 manata qalxıb. Halbuki, 2017-ci ilin əvvəllərində bu yağın kiloqramı 12 manat ətrafında dəyişirdi. Devalvasiyadan əvvəl isə bu məhsulu 6,5-7 manata almaq olurdu. Beləliklə, kərə yağı qısa zaman ərzində 3 dəfəyə qədər bahalaşıb.

    Tibbi normalara görə, hər bir insan gün ərzində ən azı 30 qram kərə yağı istehlak etməlidir. Bu, Azərbaycan üzrə 110 min ton kərə yağı istehlakını vacib edir. Amma Dövlət Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycanda ildə cəmi 14 min ton yağ istehlak edilir. Bunun 13 min tonu idxal edilir, min tonu isə ölkə daxilində istehsal edilir. Kərə yağı orqanizmi lazım olan qədər A E, D və K vitaminləri ilə təmin etməyə imkan verir. Kərə yağının tərkibində olan piy turşuları kalsiumun və başqa elementlərin bədəndə mənimsənilməsinə yardım edir, alternativ yağlar isə əksinə, buna mane olur. Bu, baş vermədikdə orqanizmin qocalması sürətlənir, ürək-damar xəstəlikləri artır və infarktdan ölənlər çoxalır. Kütləvi istehlak edilən bitki yağlarının böyük hissəsi raps yağları olduğundan, bu, həm də görmə problemləri yaradır. Həmçinin, bədəndə mənimsənilməyən elementlər toplaşaraq bədxassəli şişlər əmələ gətirə bilir. Məhz buna görə, sovet dövründə uşaq bağçalarında və məktəblərdə uşaqların, hərbi hissələrdə isə əsgərlərin hər gün 20 qram kərə yağı qəbul etməsini vacib görürdülər. İndi Azərbaycanda bu praktika yoxa çıxıb deyə, xərçəngdən ölənlər 2 dəfə artıb - 1990-cı ildə ölkədə xərçəngdən 4 min adam ölübsə, 2016-cı ildə 8 mini keçib. Halbuki, hazırda onkoloji xəstəliklərə qarşı ciddi mübarizə aparılır. Əks halda, ölənlər qat-qat artıq olardı. Ölkədə kərə yağı istehsalının artırılması üzrə təcili tədbirlər görülməsinin vacib olduğu aydındır. Aqrar islahatlar üzrə ekspert Vahid Məhərrəmov atılacaq ilk addımın ölkədə yem istehsalını artırmaq olduğunu bildirir: "Əslində yerli istehsal xeyli azalıb ki, bu da qiymətlərə ciddi təsir göstərib. Əsas problem regionlarda yemin bahalaşması ilə bağlıdır. Vaxtilə yonca əkilən sahələrdə pambıq əkildiyinə görə yem qıtlığı yaranıb. Bu isə Bakı bazarlarına rayonlardan gələn kərə yağının azalmasına və bahalaşmasına səbəb olub”.

    Əbülfəz Məlikov və havadarlarının yağ biznesi-xəyanət və xərçəng - EKSPERT RƏYİ

    İqtisadçı ekspert Natiq Cəfərlinin mətbuata müsahibəsindən:

    - Gömrükdə rəsmiləşdirmənin ciddiləşməsi də qiymət artımına təsir edirmi? Çünki əvvəllər idxal məhsullarının bir hissəsi gömrük rüsumundan yayına bilirdi və daha ucuz başa gəlirdi.

    - Tamamilə doğrudur. İş adamları da etiraf edirlər ki, korrupsiya mühiti olanda onları vəziyyəti daha yaxşı imiş, çünki idxal daha ucuz başa gəlirmiş. İndi rəsmi ödənişlərin artması xərcləri artırır və malın bazara daha baha çıxmasına səbəb olur.

    - Daxili istehsalı olmayan məhsula yüksək gömrük rüsumunun tətbiq olunması nə dərəcədə doğrudur? Çünki burada daxili bazarın qorunmasından söhbət getmir?

    - Gömrük rüsumun bir məqsədi var- daxili bazarı qorumaq. Azərbaycanda elə sahələr var ki, daxili istehsal olmasa da, 36 faiz gömrük rüsumu tətbiq olunur. Bu absurd yanaşmadır və qiymət artımına səbəb olur. Ölkəmizdə dərman istehsal yoxdur, ancaq gömrük rüsumu tətbiq olunur. Yerli istehsal olsaydı, idxalı azaltmaq, yerli məhsulu təşviq etmək üçün bu tətbiq olunsaydı, məntiqli olardı. Azərbaycanda avtomobil istehsalı yoxdur, lakin dünyada ən yüksək aksiz vergisi bizdə tətbiq olunur. Yerli istehsalın olmadığı sahələrdə gömrük rüsumu azaldılmalıdır ki, bazarda idxal məhsulları bir qədər ucuzlaşsın.

    Və budur, Ə.Məlikov və havadarlarının öz maddi maraqları ucbatından ölkə iqtisadiyyatının “başına açdıqları oyunlar”. Ölkə başçısına isə başqa rəqəmlər verilir, guya Azərbaycan özünü kərə yağı ilə 76 faiz (bu ilin fevralında Nazirlər Kabinetinin iclasında səsləndirilib-red) təmin edir. Prezidentin monopolistlər tərəfindən aldadıldığını bilmək üçün uzağa getmək lazım deyil, öz gündəlik istehlakımızda hamımız bunun şahidi oluruq. Üstəlik, ölkəyə gətirilib olduqca baha qiymətə satılan yağların keyfiyyəti də ciddi müzakirə mövzusudur. Bu fikrimizin təsdiqi “Azad İstehlakçılar Birliyinin” sədri Eyyub Hüseynovun açıqlamasında da özünü doğruldu. O, bildirir ki, kərə yağının istehsalı və keyfiyyəti ilə bağlı mütəmadi olaraq şikayətlər alır. E.Hüseynovun sözlərinə görə, ölkədə kərə yağını yaxşı analiz edən tədqiqat aparılmayıb. “Bazarda təxminən 30 növə qədər kərə yağı satılır” deyən AİB sədrinin sözlərinə görə, bitki yağlarında olduğu kimi, kərə yağı bazarı da çirklənib: “İstehlakçıların çoxsaylı zənglərinə görə iki il əvvəl Yeni Zelandiyada keçirilən dünya konqresində iştirak etdim. Azərbaycana göndərilən kərə yağlarının istehsal edildiyi zavodda, fermer təsərrüfatlarında oldum. Orada inəklər açıq otlaqlarda otlayır, steril şəraitdə süd sağılır.

    Heç bir qatqı qarışdırılmadığını gözümlə gördüm. Bundan sonra həmin ölkədən gələn yağların keyfiyyətinə inamım artdı. Lakin bununla bərabər, Azərbaycanın əmtəə bazarında Yeni Zelandiyadan başqa yağlar da satılır. Yağların 60 faizə qədəri təmiz kərə yağı deyil, bitki və marqarin yağlarının qarışıqlardır”. Bu da Ə.Məlikov və havadarlarının artıq tamahının daha bir nəticəsi.

    Keyfiyyətli Zelandiya yağları hara gedir? Azərbaycana gətirilib ən bahalı yağ adı ilə satılan ən ucuz yağların tərkibi niyə yoxlanmır? Yaxud yoxlanırsa nəticə niyə ortada yoxdur? Bu sualların cavabını və aidiyyatı dövlət qurumlarının mövqeyini növbəti araşdırmamızda təqdim etməyə çalışacağıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər