Bakı ŞİH-in Məktəbəqədər Təhsil Müəssisələri İdarəsinin rəisi də Eldar Mahmudovun adamı imiş -ŞOK İDDİA

Bakı ŞİH-in Məktəbəqədər Təhsil Müəssisələri İdarəsinin rəisi də Eldar Mahmudovun adamı imiş -ŞOK İDDİA Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) vəzifə sahibi olan ayrı-ayrı adamların ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqələri de-şifrə olunur

Asiya.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun MTN-lə əlaqələri haqda sensasion iddialar var.

Bu haqda gundemxeber öncə yazıb ki, uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği Eldar Yunusov tərəfindən müəyyən edilir.

Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat pulun bir hissəsi Eldar Yunusova, qalanı isə, bağça müdirlərinə çatır.

Bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır. Eldar Yunusovun nöqsanlı fəaliyyəti nəticəsində əksər uşaq bağçalarında məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr nəzərə alınmır.

Sonra məlumatda deyilir ki, Eldar Yunusov ildə bir neçə dəfə İsrailə müəmmalı səfərlər edir. Bu səfərlərin sayını bilmək üçün onun xarici pasportuna vurulan möhürləri saymaq kifayətdir.

E. Yunusovu İsrailə bağlayan heç də bu ölkənin təbiəti və yaxud tarixi abidələri deyil. Bu səfərlər onun bu ölkədə tək biznes maraqlarını təmin etmək məqsədi daşımır.
İsraildə olarkən onun keçirdiyi gizlin, müəmmalı görüşlərin də araşdırılması zəruridir. E.Yunusov eyni zamanda Bakı Şəhəri İcra Hakimiyyətində İqtisadiyyat komitəsinin sədri vəzifəsini icra edir.

O, bu vəzifəni daşımaqla başçısı ilə olan münasibətlərinin daha yüksək səviyyəyə çatmasına nail olub.

Məlumata görə E.Mahmudovun adamı olduğunu fəxrlə bildirən E.Yunusovun oğlu hərbi xidmətini ordu sıralarında deyil, keçmiş MTN-nin hərbi hissəsində, mühafizə taborunda aparıb.

Həm də bu xidmətin ilk beş ayı, məhz Eldar Mahmudovun rəhbərlikdə olduğu dövrə təsadüf edib. Zamanında bu taborda xidmət etmək üçün 10-15 min manat "şirinlik” tələb olunsa da Yunusovun oğlu bu imkandan havayı yararlanıb.

Bu fakt ondan xəbər verir ki, əmlak komitəsi sədri Kərəm Həsənov, rabitə naziri olmuş Əli Abbasov və başqa məmurlar kimi Bakı meri Hacıbala Abutalıbovun da yaxın çevrəsi MTN çetesi ilə işbirliyinə bulaşıb.

Bu məsələlərdən merin xəbərinin olmaması inandırıcı deyil. Abutalıbovun idarəsində MTN korpusunun yaranmasına göz yumacağı da ağlabatan deyil.

Görünür ki, E.Mahmudovla əlaqəli olan R.Mehrəliyev, E.Yunusov Abutalıbovun razılığı ilə bu işlərə baş qoşublar. Eldar Yunusov da adaşının nüfuzundan kifayət qədər yararlanıb.

Özünü Eldar Mahmudovun adamı kimi tanıtmaqdan qürur duyan idarə müdiri, bu adın ona verdiyi "imtiyazlar” sayəsində bir çox əməliyyat və maxinasiyalarda sözükeçən tərəf kimi çıxış edib.

Nəticədə külli-miqdarda pullar qazanıb. Bu gün isə, artıq məlum səbəblərdən Eldar Yunusov keçmiş əlaqələrini büsbütün danmağa çalışır. Qarşı tərəfi dinləməyə hazırıq.

Oxşar xəbərlər