“ABŞ-ı elə bir dövlət çökürdəcək ki...” - Messinqin öngörüsü

“ABŞ-ı elə bir dövlət çökürdəcək ki...” - Messinqin öngörüsü
  • Dünya / Maraqlı

  • 2017-ci ildə ABŞ-ın superdövlət olması başa çatacaq, onun yerini isə heç kimin Amerikaya rəqib belə görmədiyi bir dövlət alacaq.

    Asiya.az teleqraf.com-a istinadən bildirir ki,bu fikirlər bütün zamanların ən böyük mediumlarından sayılan Volf Messinqin öngörülərindən birində yer alır.

    Messinqə görə, məhz heç kim tərəfindən ciddi qiymətləndirilməyən o dövlət ABŞ iqtisadiyyatına öldürücü zərbə endirəcək və bundan sonra bu böyük dövlət sadəcə çökəcək.

    Lakin 2017-ci il təkcə ABŞ-ın çöküş ili olmayacaq. Onun sözlərinə görə, Yaponiya və Tayvanı da yalnız nüvə bombasının gücü ilə müqayisə edilə biləcək dəhşətli zərbə gözləyir. Zərbənin haradan gələcəyi haqda heç bir məlumat verməyən medium yalnız bunu əlavə edib ki, zərbədən sonra bu dövlərtlər ciddi maliyyə və insani itkiylə üzləşəcək.

    Öz öngörülərində Messinq Rusiyanı da unutmayıb. O bu ilin Rusiya üçün də ağır olacağını xəbər verib. Proqnozlara inansaq, Rusiya ərazilərindən bir hissəsini Çinə güzəştə gedəcək, lakin bunun könüllü, yaxud hərbi müdaxilə nəticəsində baş verəcəyini açıqlamayıb. Bununla belə, torpaq itkisi ölkənin gücünü azaltmayacaq, əksinə, məhz bu il Rusiya dünyanın ən güclü dövlətinə çevriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər