Rusiya Yunus Bakinskini ölkədən qovdu - Video

Rusiya Yunus Bakinskini ölkədən qovdu - Video
  • Hadisə

  • Rusiya 56 yaşlı azərbaycanlı qanuni oğru Yunus Nəzərovun (Yunus Bakinski) ölkədən deportasiya edilməsi haqqında qərar qəbul edib.

    “Praym Kraym” saytı bununla əlaqədar Rusiya Daxili İşlər Nazirliyinin nümayəndələrinin Nəzərovla qanunsuz miqrantların olduğu düşərgədə görüşdüyünü bildirib. Burada Nəzərova ölkədən qovulması ilə bağlı sənəd təqdim olunub. Nazirlik nümayəndələri onun qanunsuz miqrantların müvəqqəti saxlanıldığı düşərgədən çıxdıqdan dərhal sonra ölkəni tərk etməli olduğunu söyləyiblər. Nəzərova Rusiya ərazisinə yenidən qayıtması da ömürlük qadağan olunub.

    Nəzərov yenidən Rusiyaya qayıdacağı təqdirdə ona qarşı dövlət sərhədinin qanunsuz keçilməsi maddəsi ilə cinayət işi açılacağı vurğulanıb.

    Qeyd edək ki, bu, son iki il ərzində Rusiya hüquq-mühafizə orqanlarının Nəzərovu ölkədən deportasiya etməklə bağlı 4-cü cəhdidir. Sonuncu dəfə ona bu təklif avqustda edilsə də, Nəzərov bundan imtina etmişdi.


    PAYLAŞ:

    Oxşar xəbərlər