Flora Kərimova insult olub? - Açıqlama

Flora Kərimova insult olub? - Açıqlama
  • Mədəniyyət

  • Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    Asiya.az xəbər verir ki, medicina.az-a açıqlama verən sənətkar bu yaxınlarda insult keçirmədiyini, xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Mən xəstəxanada hər iki gözümün kataraktasından əməliyyat olunmuşam. İnsultu isə bu yaxınlarda deyil, 2012-ci ildə keçirmişəm. Gözlərimdə də problem məhz bundan sonra yaranıb. Əməliyyatımı cərrah-oftalmoloq Paşa Qəlbinur həyata keçirib”.

    F. Kərimova əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini, yaxşı gördüyünü də bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər