Səməd Vurğunun Mir Cəfərə möhtəşəm cavabı

Səməd Vurğunun Mir Cəfərə möhtəşəm cavabı
  • Maraqlı / Araşdırma

  • Şair-dramaturq Firuz Mustafa Səməd Vurğunla Mir Cəfər Bağırov arasında olan maraqlı bir dialoq barədə məlumat yayıb.

    Kult.az xəbər verir ki, F.Mustafa qeyd edib: “Müharibədən sonra Dövlət Filarmoniyasının yay salonunda keçirilən mühüm dövlət tədbirlərinin birində Azərbaycan MK-nın o zamankı 1-ci katibi Mir Cəfər Bağırov məruzəsini qəfildən yarımçıq saxlayıb üzünü zalda əyləşən Səməd Vurğuna tutaraq qəzəblə qışqırıb:

    - Vəkilov, bura bax, eşitmişəm ki, sənin uşaqlarının hamısı Azərbaycan məktəblərində təhsil alır. Sənin qələm yoldaşlarınsa öz uşaqlarını rusca oxudurlar. Bu, nə deməkdir? Buna nə ad vermək olar? Yəni sən bu qədər vətənpərvər olmusan, başqaları isə sənin əksinə, bu qədər qeyri-patriotdur? De görüm, uşaqların niyə böyük rus dilində, Lenin dilində təhsil almır?

    Səməd Vurğun ayağa duraraq respublika rəhbərinə təmkinlə belə deyib:

    - Yoldaş Bağırov, bizdə hər kəs hansı dildə istəsə təhsil ala bilər. O ki qaldı şəxsən mənə və mənim uşaqlarıma... Əgər yazdıqlarımı öz övladlarım oxuyub başa düşməyəcəksə, onda mən kimin üçün və nə üçün yazıram?”
    PAYLAŞ:

    Oxşar xəbərlər