“Hafka”nın həbsi xəbəri yayılıb

“Hafka”nın həbsi xəbəri yayılıb
  • Manşet / Hadisə

  • "O adamları tanımıram"

    Asiya.az xəbər verir ki, moderator.az saytı keçmiş polis rəisi Müşfiq Mədətova qarşı baş vermiş hücum və polisin keçirdiyi əməliyyat haqqında xəbər yayıb. Xəbərdə iddia olunur ki, Mədətova silahlı basqın edən şəxslər biznes aləmində tanınmış bir şəxsin mühafizə dəstəsinin üzvləridir. Yenə də saytın iddiasına görə, bu şəxs “Hafka”ləqəbi ilə tanınan Hafiz Məmmədovdur və hüquq –mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində o həbs edilib.

    Sayt yazır ki, Müşfiq Mədətovla Hafiz Məmmədov arasında yaranan konfliktin səbəbləri haqqında dəqiqləşdirmələr aparılır.

    Biznesmen Hafiz Məmmədov saxlanılması barədə xəbərləri təkzib edib.

    Asiya.az xəbər verir ki, həbs olunması haqda xəbərlərə münasibət bildirən biznesmen virtualaz.org-un müxbirinə deyib: "Mən bütün bu məlumatları və uydurmaları qəti surətdə təkzib edirəm. Mən saxlanılmamışam, öz evimdəyəm və yayılan yazılarda haqqında bəhs olunan şəxsləri tanımıram".

    Xatırladaq ki, məşhur biznesmenin tutulması haqda informasiya bu axşam bir sıra yerli KİV-də yayılıb. Onlarda xüsusi vurğulanırdı ki, Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətova və polis zabitlərinə hücum edən şəxslər Hafiz Məmmədovun mühafizəçiləridir. Bu hadisələrdən sonra biznesmenin özünün də saxlandığı bildirilirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər