Bu qarışıq sizi qripdən, halsızlıqdan xilas edəcək – DARÇIN VƏ BAL

Bu qarışıq sizi qripdən, halsızlıqdan xilas edəcək – DARÇIN VƏ BAL Şərq təbibləri hələ çox qədim zamanlardan darçından istifadə etməklə bir çox xəstəliklərə əlac ediblər. Elə müasir dövrümüzdə də bu ədviyyatdan həm kulinariyada, həm də xalq təbabətində geniş istifadə olunur.

Darçının ən faydalı xüsusiyyətlərindən biri qanda şəkəri tənzimləməsidir. Şəkərli diabetlər bu ədviyyatın faydasından bəhrələnə bilərlər.

Darçın qanda “pis” xolesterenin səviyyəsini azaldaraq ateroskleroz, miokard infarkt, iflic ehtimalını azaldır.

Damarları genişləndirərək beyinin fəaliyyətini yaxşılaşdırır.

Bağırsaq iltihablarına qarşı mübarizə aparır.

Darçın orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir.

Böyrək, qaraciyər və öd kisəsinin fəaliyyətinin normallaşdırır.

Qəbzlikdən əziyyət çəkənlər üçün xeyirlidir.

Mədə ağrılarını aradan qaldırır.

Bədənin müqavimətini artıraraq orqanizmin immun sistemini gücləndirir.

Cinsi fəaliyyətə müsbət təsir göstərir.

Qadınlarda menstrual ağrı zamanı müsbət təsir göstərir.

Ağızdan pis qoxunu götürür.

Qan xərçəngi xəstəliklərinin profilaktikası üçün darçın ən yaxşı vasitələrdən biridir.

Darçınla balın qarışığı bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soyuqdəymə, qrip, öskürək zamanı bir çay qaşığı balla çay qaşığının üçdə bir hissəsi qədər darçını qarışdırmaq və qəbul etmək lazımdır.

Yorğunluğu və halsızlığı aradan qaldırmaq üçün də darçın və baldan istifadə etmək olar. Bunun üçün bir stəkan suya bir çay qaşığı bal və çay qaşığının dörddə bir hissəsi qədər darçın əlavə etməli və səhərlər içilməlidir.

Səhər yeməklərində sıyıqların üzərinə azacıq darçın səpməklə orqanizmin ümumi tonusunu lazımi səviyyədə saxlamaq mümkündür.

Nəzərə alınmalıdır ki, digər faydalı qida məhsulları kimi darçından da qədərində istifadə etmək lazımdır. Çünki darçının tərkibində kumarin adlı maddə var ki, orqanizm onu artıq qəbul edəndə həmin maddə qaraciyər üçün ziyanlı ola bilər. Bu ədviyyatın faydalarından bəhrələnmək istəyənlər darçının Seylon növünə üstünlük verməlidirlər. Onun tərkibində kumarin maddəsi digər növlərdən daha az olur.

Oxşar xəbərlər