Asiya.az xəbər verir ki, faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanmış, istintaq aparılır. Qaçan məhkumların axtarış tədbirləri davam etdirilir.
Maraqlıdır ki, qaçanların hər ikisi kriminal aləmdə tanınan şəxslər olub. Hər iki şəxs 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Onlar kriminal “razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olublar.
Etibar Məmmədov kriminal aləmdə “Qoca” ləqəbiylə və Etibar Hacıqabulinski adı ilə tanınıb. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə “Krıtıy Elvin” adı ilə məşhur olub. Adıçəkilən hər iki avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifova yaxın avtoritetlərdir.
Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub və yol qəzasına salınaraq öldürülüb.
Əldə etdiyimiz məlumata görə, hər iki şəxs barəsində keçən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.
Bildirilir ki, kriminal aləm üzvləri Biləcəridə qaçıb və ya qaçırılıb. Lakin onların qatardan qaçdığı xeyli sonra məlum olub. Belə ki, qatar 28 May metrosunun yaxınlığında – Bakı Dəmir Yolu Vağzalında dayanarkən məhbusların təhvil-təslim zamanı hər iki şəxsin qaçdığı üzə çıxıb.
“Qoca” ləqəbi və Etibar Hacıqabulinski adı ilə tanınan Etibar Məmmədovun fotolarını təqdim edirik: