Tağıyev Ərəblinskini arvadına görə öldürtdürüb?

Tağıyev Ərəblinskini arvadına görə öldürtdürüb?
  • Maraqlı / Araşdırma

  • Hüseyn Ərəblinski 1881-ci ildə Bakıda yoxsul bir dənizçi ailəsində doğulub. Atasını vaxtsız itirən Hüseyn anasının himayəsi altında böyüyüb. O, bir müddət mollaxanada oxuduqdan sonra “Üçüncü Rus-Tatar” məktəbində təhsil alıb.

    Aktyorluq bacarığı ilə hər kəsi heyrətləndirən gənc Hüseyn qısa zaman ərzində M.F.Axundovun, Ü.Hacıbəyovun, Şillerin, Qoqolun eləcə də bir çox yazıçıların əsərlərini həm səhnələşdirib, həm də baş rolları ifa edib.

    Aktyor səhnə həyatına böyük sənətkarın vasitəsi ilə başlayıb. 1902-ci ildə görkəmli dramaturq Nəcəf bəy Vəzirov “Müsibəti-Fəxrəddin” əsərindəki Hacı Murad rolunu ona tapşırır. Bundan sonra aktyorun üzünə böyük səhnə qapıları açılır. Zaman keçdikcə oynadığı yeni rollar ona ard-arda şöhrət gətirir. Yüksək aktyorluq potensialı, hədsiz sənət sevgisi tezliklə onu nəinki Azərbaycanda, hətta qonşu ölkələrdə də məşhurlaşdırır.

    1906-cı ilə qədər afişalarda Hüseyn Xələfov kimi göstərilən aktyor həmin ilin oktyabr ayından "Ərəblinski" təxəllüsü ilə çıxış edir.

    Teatrşünasların və aktyorun dostlarının yazdığı xatirələrə görə, Hüseyn Xələfov “Ərəblinski” təxəllüsünü onun tamaşalarına gələn Hacı Zeynalabdin Tağıyevin yaşca özündən xeyli cavan arvadı Sona Tağıyevaya görə götürüb. Belə ki, Sona xanımın qızlıq soyadı Ərəblinski idi.

    Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

    PAYLAŞ:

    Oxşar xəbərlər