Azərbaycanda kriminal avtoritetlər arasında atışma- Təfərrüat- Yenilənib

Azərbaycanda kriminal avtoritetlər arasında atışma- Təfərrüat- Yenilənib Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.

Asiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 25-də saat 22:00 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib.

Bu zaman E.Nəsirov tapançadan Q.Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib. Habelə N.Kərimov tüfəngdən bir dəfə atəş açıb, xəsarət alan olmayıb.

Sonradan N.Kərimov xəsarət alan E.Nəsirovu xəstəxanaya aparmaq məqsədilə çay evindən çıxaraq, oradan keçən Kəpəz Rayon Polis İdarəsinin xidmətdən kənar vaxtı mülki geyimdə olan əməkdaşı Allahverdi Məmmədovun idarə etdiyi "VAZ-2106” markalı avtomobili saxlayıb, onları xəstəxanaya aparmalarını tələb edib. Polis əməkdaşı yolda xəsarət alanı xəstəxanaya, onu isə Polis İdarəsinə aparacağını bildirib. Bu zaman N.Kərimov tüfənglə onu hədələyib və avtomaşından nəqliyyat vasitəsindən düşərək qaçıb.

Xəstəxanaya yerləşdirilən E.Nəsirovun vəziyyəti ağırdır.

Gəncə Şəhər Baş Polis İdarəsinin və şəhər Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qurbanov "Sınıq körpü” sərhəd-keçid məntəqəsində tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

***

Asiya.az Report-a istinadən xəbər verir ki, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.

Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.

Oxşar xəbərlər