Qaçan məhbuslardan xəbər var – Biri tutuldu- Foto

Qaçan məhbuslardan xəbər var – Biri tutuldu- Foto
  • Manşet / Hadisə

  • Ağami ələ keçdi.

    Bu gün Penitensiar xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib.

    Asiya.az xəbər verir ki, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.

    “Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir”, – deyə, məlumatda bildirilib.


    Qaçan məhbuslardan xəbər var – Biri tutuldu- Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər