Generaldan Milli Şuranın mitinqi ilə bağlı AÇIQLAMA

Generaldan Milli Şuranın mitinqi ilə bağlı AÇIQLAMA
  • Siyasət

  • Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu günə planlaşdırdığı mitinqin təhlükəsizliyini həmişəki kimi təmin edəcək.

    Bu barədə qafqazinfo-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

    O bildirib ki, DTX-nın məlum əməlliyyatları, mitinqdə terror aktının törədiləcəyi ilə bağlı yayılan məlumatlar onların təhlükəsizlik planlarında hər hansı bir dəyişiklik yaratmayacaq:

    “Polis onsuz da hər mitinqdən öncə həmin ərazini yüksək səviyyədə nəzərdən keçirirdi. Bu dəfə də elə olacaq. Yəni təhlükəsizlik tədbirləri əvvəl necə nəzərdə tutulmuşdusa, elə həmin şəkildə həyata keçiriləcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər