Cəfər Cəfərovun şikayətinə baxılmadı

Cəfər Cəfərovun şikayətinə baxılmadı
  • Sosial / Araşdırma / Manşet

  • Cəfər Cəfərovun verdiyi əlavə kassasiya şikayəti Ali Məhkəmənin Pleniumuna çıxarılmadı.

    Bu haqda məlumatı Asiya.az-a Asiya İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Cəfər Cəfərovun həyat yoldaşı bildirib. " Cəfərin əlavə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Pleniumuna çıxarılmayıb. Səbəb kimi isə Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə görə əlavə kassasiya qaydasında şikayət yalnız hüquq məsələləri üzrə cinayət qanununun və ya ARCPM-nin normalarının tətbiqinin yoxlanılması məqsədi ilə verilməsi göstərilib. Bu hal bir vətəndaş kimi, bir məhkum kimi Cəfərin hüquqlarının pozulması deməkdir."

    Baş redaktorun xanımı Cəfər Cəfərovun daha yuxarı instansiya məhkəmələrinə müraciət edib etməyəcəyi barədə sualımıza isə onun bu barədə hələki qərar vermədiyini söylədi.

    Qeyd edək ki, Asiya.az xəbər portalının təsisçisi və baş redaktoru Cəfər Cəfərov ARCM-nin 182.2.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O hazırda 6 saylı Cəza Çəkmə müəssisəsində cəza çəkir.

    PAYLAŞ:

    Oxşar xəbərlər