“Qarabağ” Madriddən 1 xalla dönür - VİDEO- Foto

“Qarabağ” Madriddən 1 xalla dönür -  VİDEO- Foto
  • Manşet / İdman

  • Çempionlar Liqasında II dövrəyə start verilib.

    Asiya.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" IV turun ilk oyun günündə meydana çıxıb.

    Ağdam təmsilçisi səfərdə "Atletiko" ilə görüşüb. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan "Metroplitano" stadionunda keçirilib.

    Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların duelində qalib müəyyənləşməyib. Qrupda qələbəsi olmayan Qurban Qurbanovun yetirmələri səfərdən 1 xalla dönməyi bacarıb.

    Oyunda hesabı təmsilçimiz açıb. Miçel 40-cı dəqiqədə künc zərbəsindən ötürülən topu effektli baş zərbəsi ilə tora göndərib. İlk hissəni bu hesabla başa çatıb.

    İkinci hissədə təzyiqi artıran rəqib bir neçə epizodda qola yaxın olsa da, bu istəyinə 56-cı dəqiqədə nail olub. Tomas əla qola imza atıb.

    3 dəqiqə sonra isə "Qarabağ" meydanda azlıqda qalıb. Dieqo Qodinin üzünə ayaqla zərbə endirən Pedro birbaşa qırmızı vərəqə ilə meydan qovulub.

    Meydan sahiblərinin say üstünlüyü yarım saat çəkib. Bu müddətdə hesabda önə keçə bilməyən Dieqo Simeonenin komandası 88-ci dəqiqədə Saviçi itirib. Serb müdafiəçi ikinci "sarı" ilə oyunu tərk edib.

    Qalan dəqiqələrdə başqa qol olmayınca matç 1:1 hesablı bərabərliklə başa çatıb.

    Bu nəticə ilə "Qarabağ"ın 1/8 final şansları davam edir.

    Çempionlar Liqası

    IV tur, C qrupu


    31 oktyabr

    "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 1:1

    Qırmızı vərəqələr: Saviç, 88 (ikinci sarı) - Pedro Enrike, 59 (birbaşa)

    Qollar: Tomas, 56 - Miçel, 40

    Baş hakim: Deniz Aytekin

    Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker

    Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand

    Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)

    Madrid. "Metropolitano" stadionu

    "Atletiko": 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Parte, 7. Antuan Qrizman, 8. Saul Nigez, 11. Anxel Korrea, 14. Qabi, 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro

    Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 9. Fernando Torres, 12. Avqusto Fernandez, 16. Şimo Vrsaliko, 17. Lusiano Vietto, 19. Lukas Hernandez, 22. Nikolas Qaytan

    Baş məşqçi: Dieqo Simeone

    "Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 90. Ramil Şeydayev

    Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana

    Baş məşqçi: Qurban Qurbanov



    1 Roma 4 2 2 0 8-4 8

    2 Çelsi 4 2 1 1 11-7 7

    3 Atletiko 4 0 3 1 2-3 3

    4 Qarabağ 4 0 2 2 2-9 2

    “Qarabağ” Madriddən 1 xalla dönür -  VİDEO- Foto

    Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində İspaniyada keçirilən "Atletiko" - "Qarabağ" oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

    Asiya.az bildirir ki, bu, "Qarabağ"ın yarımmüdafiəçisi Miçeldir.

    “Qarabağ” Madriddən 1 xalla dönür -  VİDEO- Foto

    32 yaşlı oyunçu Ağdam komandasının yeganə qolunun müəllifi olub.

    "Atletiko" - "Qarabağ" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər