Eldar Mahmudovun əmisi oğlu həbs edildi- Səbəb- Yenilənib

Eldar Mahmudovun əmisi oğlu həbs edildi- Səbəb- Yenilənib
  • Manşet / Hadisə

  • Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs edilən əmisi oğlu və köməkçisi Vüqar Mahmudovun hansı maddələrlə ittiham edildiyi bəlli olub.

    Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, V.Mahmudov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü (Vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib.

    Onun barəsində cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
    V.Mahmudov barəsində dünən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da Baş Prokurorluğa çağırılıb.

    Bu barədə virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov haqqın.az və virtualaz.org internet saytlarına açıqlamasında bildirib ki, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Belə ki, V.Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    E.Sultanov açıqlamasında həmçinin qeyd edib ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da qeyd edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

    Ləğv edilmiş MTN-in əməkdaşları barəsində başlanılmış cinayət işi üzrə aparılan operativ-istintaq tədbirləri nəticəsində MTN-in keçmiş başçısı Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov həbs edilib.

    Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı etibarlı mənbələrdən məlumat verilib.

    Vüqar Mahmudova qarşı konkret hansı maddələr üzrə ittihamən irəli sürüldüyü barədə daha sonra məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər