Azərbaycanlı İŞİD-çinin videosu yayıldı: “Anama, bacıma səslənirəm…” – VİDEO

Azərbaycanlı İŞİD-çinin videosu yayıldı: “Anama, bacıma səslənirəm…” – VİDEO
  • Mədəniyyət

  • İŞİD terror təşkilatının azərbaycanlı terrorçularından birinin videogörüntüsü yayılıb.

    İraq və ya Suriyada çəkildiyi bilinməyən videoda danışan terrorçu Azərbaycandakı əqidədaşlarına çağırış edərək, “Dövlətinizə gəlin” deyir və onları da İŞİD-ə qoşulmağa
    səsləyir.

    Terrorçunun çıxışı zamanı “Orucluq necə keçir?”, sualından aydın olur ki, çəkiliş Ramazan ayına, yəni may-iyun ayları arasındakı müddətə aiddir.

    Avtomobildə naşid (sinxron səslərdən ibarət dini musiqi) dinləyərək çağırış edən terrorçu əqidədaşlarına gəlməyəcəkləri şəkildə peşman olacaqlarını, problemlər olacağını
    bildirərək, “əxi”ləriylə birgə, öz ailəsinə; anasına, bacılarına və qardaşlarına da səslənir.



    Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının qanunvericiliyin əsasən terrorçu qruplaşmaya üzv olan, habelə terrorla əlaqədar fəaliyyətlərlə məşğul olan şəxslər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumedilmə cəzaları ilə cəzalandırılırlar.

    Qeyd edək ki, İraq və Suriyada ordu və müttəfiq qüvvələrin apardığı uğurlu əməliyyatlardan sonra hər iki ölkədə terror təşkilatı məhv olmaq üzrədir. İŞİD-in İraqda
    “son qalası” olaraq bilinən Əl-Qaim və Rava şəhərləri tam olaraq ordunun nəzarətinə keçib.

    Suriyada bu gün yekunlaşan Deyr əz-Zor əməliyyatı nəticəsində isə bölgə İŞİD-dən tamamilə təmizlənərək, şəhərdə ordunun nəzarəti təmin olunub. Suriyada İŞİD-in əlində qalan yeganə ərazi paytaxt Dəməşqin cənubunda yerləşən fələstinli qaçqınların yerləşdiyi Yarmuk düşərgəsidir.(Eastnews.org)
    PAYLAŞ:

    Oxşar xəbərlər