Yağış yağarkən dua edin!

Yağış yağarkən dua edin!
  • Maraqlı / Araşdırma

  • Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış yağan vaxtın duaların ən çox qəbul olunduğu vaxtlardan biri olduğunu bildirərək demişdir: "İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən". (Əbu Davud, 2540).

    Asiya.az xəbər verir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış vaxtı həmçinin bu duaları da etmişdir:
    [Allahummə sayyibən nafian]
    «Allahım! (Bu yağışı) bol, faydalı et!» («Fəthul-Bari», 2/518)

    Yağış yağandan sonra edilən zikr:
    [Mutirnə bi fadli-l-ləhi va rahmətihi]
    «Allahın lütfü və mərhəməti ilə bizə yağmur endirildi» (əl-Buxari, 1/205; Muslim, 1/83)

    Göy guruldayarkən edilən dua:
    [Subhənə-l-ləzi yusəbbihu-r-ra'du bi­həmdihi va-l-mələikətu min xiyfətihi]
    «Göy gurultusunun həmd edərək, məl­əklərin isə qorxusundan şəninə təriflər dediyi (Allah) pak və müqəddəsdir!» «əl-Muvatta», 2/992)
    PAYLAŞ:

    Oxşar xəbərlər