Azərbaycanda yüksək vəzifəli məmur saxlanıldı: saxtakarlıqda ittiham edilir

Azərbaycanda yüksək vəzifəli məmur saxlanıldı: saxtakarlıqda ittiham edilir
  • Hadisə

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb.

    Asiya.az xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.

    Bu gün K.İsgəndərov barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər