Bakıda temperatur 8 dərəcəyədək düşəcək, bəzi yerlərdə şaxta olacaq

Bakıda temperatur 8 dərəcəyədək düşəcək, bəzi yerlərdə şaxta olacaq
  • Sosial

  • Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

    Asiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

    Havanın temperaturunun yarımadada gecə 8-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95% olacaq.

    Noyabrın 10-da Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

    Havanın temperaturunun gecə 4-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər