Bakıda dəhşətli hadisə: 2 polis öldü, biri yaralandı – SON DƏQİQƏ

Bakıda dəhşətli hadisə: 2 polis öldü, biri yaralandı – SON DƏQİQƏ
  • Manşet / Olay

  • Bu gün səhər Bakıda dəhşətli yol qəzası baş verib.

    Asiya.az Lent.aza istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 232 dövlət qeydiyyat nişanlı “FİAT Doblo” markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

    Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.

    Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.

    Qəzaya düşən polis əməkdaşları ilə bağlı bəzi məqamlar üzə çıxıb. Xəzər rayonu ərazisində, Buzovna-Bilgəh yolunda hasara çırpılan 90 AP 232 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobildə olan polislər Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları olub. Onlar Nardaran qəsəbəsində qurulmuş posta növbəni təhvil almağa gedirmiş.

    Lent.az-ın əldə etdiyi məlumata görə, xidməti avtomobilin sükanı arxasında əslən Xocalı rayonu Kərkicahan qəsəbəsindən olan polis serjantı, 1982-ci il təvəllüdlü Kərimov Qoşqar Salman oğlu olub. O, qəza zamanı hadisə yerində vəfat edib. Digər polis əməkdaşı, 1987-ci ildə anadan olmuş Məmişov Elnur Eldar oğlu isə Buzovnadakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çatdırılarkən vəfat edib.

    Hadisə nəticəsində daha bir polis əməkdaşı – 1985-ci il təvəllüdlü Vəliyev Kamal Aftandil oğlu kəllə-beyin travması alıb və 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər