“Azərbaycan Dəmir Yolları”nın işçisi özünü asaraq intihar edib

“Azərbaycan Dəmir Yolları”nın işçisi özünü asaraq intihar edib
  • Olay

  • "Azərbaycan Dəmir Yolları" QSC-nin işçisi intihar edib.

    Asiya.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

    "Azərbaycan Dəmir Yolları"nın Biləcəri Dəmir Yolu stansiyasında qatarların hərəkət tənzimləyicisi işləyən Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1970-ci il təvəllüdlü Sultanov İslam Ramazan oğlu intihar edib. O, gecə saatlarında özünü dəmir yolu stansiyasının anbarında asıb.

    Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər