Bu istirahət mərkəzi satışa çıxarıldı (QİYMƏT)

Bu istirahət mərkəzi satışa çıxarıldı (QİYMƏT)
  • Sosial

  • Şəki şəhərində fəaliyyət göstərən istirahət zonalarından biri satışa çıxarılıb.

    Asiya.az axar.az-a istinadən xəbər verir ki, sözügedən şəhərdə uzun müddət fəaliyyət göstərmiş, lakin son illər müəyyən səbəblərdən fəaliyyəti dayanmış "Şəki” istirahət zonası hərraca təqdim edilib.

    İstirahət zonası Şəkinin Qudla kəndində yerləşir. Ümumi faydalı sahəsi 372.1 kv.m olan bina iki mərtəbəli tikilidən ibarətdir.

    Əmlak 68.000 manata özəlləşdirməyə təqdim edilib. Ancaq əmlakın kreditor borcu da var ki, o da 1315 manatdır.

    Bu istirahət mərkəzi satışa çıxarıldı (QİYMƏT)
    Bu istirahət mərkəzi satışa çıxarıldı (QİYMƏT)
    PAYLAŞ:

    Oxşar xəbərlər