İran və İraqda dəhşətli zəlzələ: 100-lərlə ölü, 1000-lərlə yaralı var FOTO+VİDEO

İran və İraqda dəhşətli zəlzələ: 100-lərlə ölü, 1000-lərlə yaralı var FOTO+VİDEO
  • Dünya / Manşet

  • İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb.

    Asiya.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.

    Noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində artıq 211 nəfərin həlak olduğu açıqlanıb. 1600-dən çox insanın yaralandığı bildirilir.

    Şimali İraqın Süleymaniyə və Halepçe şəhərlərində də 7,3 bal gücündə zəlzələ baş verib. İraq mənbələrinin məlumatına görə, 7 nəfər həlak olub, 235 nəfər yaralanıb.

    Türkiyə mənbələrinin yaydığı məlumatda bildirilir ki, zəlzələ Türkiyənin Şərqi və Cənub-şərqi Anadolu bölgəsində, Suriya, Küveyt, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində də hiss edilib.

    İranın güclü zəlzələ baş vermiş Kirmanşah əyalətində məktəblər bağlanıb.

    Asiya.az Trend-ə istinadla xəbər verir ki, məktəblərin neçə gün bağlı olacağı hələ bildirilmir.

    Bundan əvvəl əyalətdə 3 günlük matəm elan olunub.

    Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 211-ə çatıb, təqribən 1700 nəfər xəsarət alıb.





    İran və İraqda dəhşətli zəlzələ: 100-lərlə ölü, 1000-lərlə yaralı var FOTO+VİDEO
    İran və İraqda dəhşətli zəlzələ: 100-lərlə ölü, 1000-lərlə yaralı var FOTO+VİDEO
    İran və İraqda dəhşətli zəlzələ: 100-lərlə ölü, 1000-lərlə yaralı var FOTO+VİDEO
    İran və İraqda dəhşətli zəlzələ: 100-lərlə ölü, 1000-lərlə yaralı var FOTO+VİDEO
    İran və İraqda dəhşətli zəlzələ: 100-lərlə ölü, 1000-lərlə yaralı var FOTO+VİDEO
    PAYLAŞ:

    Oxşar xəbərlər