Açıq-saçıqlıq tarixə qovuşur: Qapalılıq dəbə minir – Foto

Açıq-saçıqlıq tarixə qovuşur: Qapalılıq dəbə minir – Foto
  • Maraqlı / Araşdırma

  • Çılpaq ayaqlar, dərin dekolte artıq keçmişin qalıqları hesab edilir.

    Artıq moda aləmində böyük inqilab baş verir və daha qadınlar kişilərin diqqətini cəlb etmək üçün cəmiyyət arasında soyunmaqdan imtina edirlər. Moda mütəxəssisləri bunu feministlərin qalib gəlməsi kimi də dəyərləndirirlər.

    Dünyaca məşhur moda mütəxəssisləri hesab edir ki, artıq qapalılıq dəbdir və bu dəb uzun müddət davam edəcək. Artıq dünyanın aparıcı səhnələrində uzun paltarlar, uzun boğazlı sviterlər nümayiş olunur. Modelyerlərin fikrincə, indi imic ikonu artıq soyunan Kim Kardaşyan deyil, qapalı və zövqlü geyinən Keyt Middltondur.

    Dizaynerlər bildirib ki, təhsilli və cəlbedici bir qadının diqqət cəlb etmək üçün cəmiyyət arasında soyunmağına ehtiyac yoxdur:

    “Çünki müasir dünyada onu intellekti, mənəvi keyfiyyətləri və yumor hissinə görə qiymətləndirirlər. Uzun ayaqlar, elastik baldırlar sadəcə xoşagələn əlavələr ola bilər. Qapanmaq meyili cəmiyyətdə başqa bir əhval-ruhiyyəni əks etdirir, bu, qadınların özlərini təhlükəsizlikdə hiss etməsinə səbəb olur. İndi qapalı qadın daha çox diqqət çəkir. Bu da qadınların xoşuna gəlir”. (Axar.az)


    Açıq-saçıqlıq tarixə qovuşur: Qapalılıq dəbə minir – Foto
    Açıq-saçıqlıq tarixə qovuşur: Qapalılıq dəbə minir – Foto
    Açıq-saçıqlıq tarixə qovuşur: Qapalılıq dəbə minir – Foto
    Açıq-saçıqlıq tarixə qovuşur: Qapalılıq dəbə minir – Foto
    Açıq-saçıqlıq tarixə qovuşur: Qapalılıq dəbə minir – Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər