Yeni Toyota Prado özünə heyran etdi – FOTO

Yeni Toyota Prado özünə heyran etdi – FOTO
  • Maraqlı / Araşdırma

  • Ötən günlərdə “Sea Breeze”də yeni Toyota Prado-nun təqdimat mərasimi baş tutdu.

    65 illik geniş yolsuzluq mirası sayəsində Land Cruiser Prado keyfiyyəti, davamlılığı, etibarlılığı ilə seçilir. Dünyanın 190-dan çox ölkəsində Land Cruiser öz yolsuzluq göstəricilərinə görə ən güclü və ən etibarlı “4×4”lərdən biri kimi ön plana çıxmış, Avropanın 10-dan çox ölkəsində öz sinfinin lideri olmuşdur.

    Ölkəmizə nəzər saldıqda Toyota Prado avtomobillərinə olan maraq gözə çarpır. Yeni Land Cruiser Prado isə bir sıra innovativ funksiyaları ilə həm adi yolda, həm yolsuzluq şəraitində yerli alıcıların sevimlisinə çevriləcək.

    Təqdimat mərasimi zamanı Toyota-nın Qafqaz üzrə prezidenti Mitsuru Konişi, Toyota Bakı Mərkəzinin marketinq müdiri Nərgiz Abbasova, Toyota Abşeron Mərkəzinin satış müdiri Elşən Əhmədov, Toyota Qafqaz MMC-nin Azərbaycan Respublikası üzrə nümayəndəsi Sabir Kazımzadə çıxış etdilər və qonaqları salamladılar.

    Daha sonra avtomobilin üzərindəki örtük götürüldü və möhtəşəm görüntüsü ilə yeni Land Cruiser Prado qonaqlara təqdim olundu.

    Tədbir test-drayvla davam etdi. Yeni Toyota Prado bütün maneələrdən üzüağ çıxdı və Kamran Əsədov, Ramin Musayev və Natiq Zərbəliyev kimi avtomobil ekspertlərinin rəğbətini qazandı.
    Lotereya çəkilişi ilə davam edən tədbirdə bir neçə musiqi proqramı oldu və daha sonra tədbir başa çatdı.

    Toyota Prado-nun yeniliklərinə gəldikdə bəzi məqamları mütləq vurğulamaq lazımdır. Modelin unikal dizayn irsindən ilhamlanmış yeni ön dizaynı göz oxşayır. Tam yeni ön işıqlar və yenilənmiş ön və arxa bamper Prado-nu daha görkəmli edib. Yeni “Crawl” sistemi ilə yolsuzluq şəraitində maneələri dəf etmək daha da asanlaşıb. “Multi-Terrain” monitoru maneələri görüb ona uyğun manevrlər etmək imkanı yaradır. MTS sistemi ilə isə palçıqlı, qumlu və sürüşkən yollar artıq təhlükəsizdir.

    Sadalanan bütün üstünlükləri özünüz gəlib yerindəcə test edə bilərsiniz. Toyota Bakı, Abşeron və Gəncə Mərkəzlərində test-drayv imkanı ilə yeni Prado-nu sınaqdan keçirməyə tələsin.

    Daha ətraflı məlumat üçün www.toyota.az saytına müraciət edin.

    PAYLAŞ:

    Oxşar xəbərlər