Mehriban Əliyevanın yeni köməkçisi kimdir? DOSYE- Foto

Mehriban Əliyevanın yeni köməkçisi kimdir? DOSYE- Foto
  • Siyasət / Manşet

  • Mehriban Əliyevaya yeni köməkçi təyin edildi.

    Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya yeni köməkçi təyin edilib.

    Asiya.az Prezident Administrasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

    Sərəncama əsasən, Gündüz Kərimov Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin olunub.

    Asiya.az yenicag.az-a istinadən xəbər verir ki, Gündüz Kərimov "Baker McKenzie” şirkətinin Bakı ofisinin və Birləşmiş Ərəb Əmirliklərinin Əqli Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsində çalışıb. O, həmçinin Mübahisələrin həlli, Əqli Mülkiyyət və Səhiyyə təcrübəsi qruplarının üzvüdür. Şirkətə 2002-ci ildə qoşulmadan əvvəl Kərimov Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində çalışıb. 2000-ci ildən etibarən Bakı Dövlət Universitetində kommersiya hüququ və beynəlxalq intellektual mülkiyyət kursları öyrədib. 2011-2014-cü illərdə Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb. Gündüz Kərimov hazırda Bakı Dövlət Universitetinin Mülki Prosessual və Ticarət Hüquqları şöbəsində dosentdir.

    Həmçinin Gündüz Kərimov 2013-cü il mart ayında Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şöbəsinin üzvü seçilib.


    Mehriban Əliyevanın yeni köməkçisi kimdir? DOSYE- Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər