Polis olmaq istəyənlərin Nəzərinə!

Polis olmaq istəyənlərin Nəzərinə!
  • Sosial

  • Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

    Bu barədə Asiya.az DİN-ə istinadən xəbər verir.

    Bildirilir ki, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

    Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 23-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş şərtlərə cavab verən Gəncə şəhərində daimi qeydiyyatda olan kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

    Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.

    İctimai asayişin qorunmasında 2 il əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

    Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

    Əlavə məlumat almaq istəyənlər Gəncə Şəhər Baş Polis İdarəsinin Kadrlar şöbəsinə (022) 256-07-73; (022) 256-12-74; (022) 256-80-38 nömrəli telefonlara müraciət edə bilərlər.

    DİN-in Gəncə Şəhər Baş Polis İdarəsi
    PAYLAŞ:

    Oxşar xəbərlər