“Qarabağ”ın oyununun yeri dəyişdirildi

“Qarabağ”ın oyununun yeri dəyişdirildi Bakı Olimpiya Stadionu ilk dəfə olaraq futbol üzrə Azərbaycan Premyer Liqasının oyununu qəbul edəcək.

Asiya.az yenicag.az-a istinadən xəbər verir ki, "Qarabağ" çempionatın 12-ci turu çərçivəsində "Sumqayıt"la ölkənin ən böyük arenasında qarşılaşacaq. Buna səbəb "Qarabağ"ın Çempionlar Liqasında "Çelsi" ilə oyun öncəsində bu arenada oynamaq istəyi olub.

Xatırladaq ki, "Qarabağ" "Çelsi"ni noyabrın 22-də Olimpiya Stadionunda qəbul edəcək.

Oxşar xəbərlər