Hacıbala Abutalıbova nə olub? - Rəsmi açıqlama- Yenilənib

Hacıbala Abutalıbova nə olub? - Rəsmi açıqlama- Yenilənib
  • Siyasət

  • Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov səhhəti ilə bağlı yazılanlara cavab verib.

    Asiya.az xəbər verir ki, mer modern.az-a açıqlamasında səhhətində heç bir problem olmadığını bildirib: "Mən hazırda iş başındayam. Bu dəqiqələrdə müdriklikdən müqəddəslik zirvəsinə qədər ucalmış Heydər Əliyevlə görüşüb gəlirəm.

    Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özlərilə bacaran və talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm".

    Məlumatların kimlər tərəfindən yayılmasına gəlincə, H.Abutalıbov bunları deyib: "Kimliyindən asılı olmayaraq, gəlin, hamımız bir yerdə bizə alın yazısı kimi verilmiş tale ilə razılaşıb, xoşbəxt olmağı bacaraq. Sizə də yüksək səviyyədə xoşbəxt həyat, sağlamlıq, ürəyinizdə olanların çin olmasını arzulayıram".

    ***

    Ötən gündən etibarən bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirməsi ilə bağlı xəbərlər yayılıb.


    Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı merinin müalicə üçün Almaniyaya aparıldığı vurğulanır.

    "Qafqazinfo" məsələni dəqiqləşdirmək üçün BŞİH-nin Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb. O bildirib ki, KİV yalan informasiya yayıb: "Şükürlər olsun ki, Hacıbala müəllim yaxşıdır. Hər hansı xəstəliyi yoxdur. Hazırda da işinin başındadır. Allah hamımızı pis xəstəliklərdən uzaq eləsin".

    PAYLAŞ:

    Oxşar xəbərlər