“Ölkədə 24 saat ərzində zəlzələlər ola bilər” - Qurban Yetirmişli - YENİLƏNİB

“Ölkədə 24 saat ərzində zəlzələlər ola bilər” - Qurban Yetirmişli - YENİLƏNİB
  • Sosial

  • 12:17

    Bu gün yeraltı təkanların episentri Ağdam ərazsində - Quzanlı kəndi ərazisinə düşür. Zəlzələnin dərinliyi 25 km.-dir.
    Asiya.az xəbər verir ki, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli "Ölkə.Az"a açıqlamasında bildirib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib.

    "Ümumilikdə zəlzələnin gücü hardasa 6 bala olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevr, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında hiss edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə hiss edilib", - deyə Q.Yetirmişli bildirib.

    Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər: "Bundan sonra da avterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil".

    ----------

    11:27


    "Ağdamda dünən axşam baş verən zələzlədən sonra yenidən o gücdə zəlzələnin təkrar olunması ehtimalı yoxdur ".

    Asiya.az xəbər verir ki, bunu lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, təkandan sonra afterşoklar davam edir, enerji boşalması gedir: "Sakitlikdir, qorxulu bir şey yoxdur. Xırda təkanlar ola bilər, çünki orada hələ proses gedir. Dünəndən bəri 30-dan çox afterşok olub".

    Q. Yetirmişli zəlzələ zamanı dağıntıların olmadığını deyib: "O cür zəlzələdə heç bir dağıntı olmamalıdır. Bizim mərkəzin stansiyası episentrə yaxın yerləşir. Əməkdaşlarımız baxıblar, stansiyanın divarında cüzi çat belə əmələ gəlməyib. Normal tikilibsə, heç bir fəsad olmamalıdır. Kimsə keyfiyyətsiz materialdan tikibsə, təbii ki, orada çat da əmələ gələ, cüzi təkandan dağıntı da ola bilər".

    Q. Yetirmişli bildirib ki, zəlzələ bölgəsinə Bakıdan əlavə dəstə də göndərilib: "Zəlzələdən sonra biz seysmoloji xəritə qururuq, zəlzələ hara qədər hiss olunub, dağıntısı nə qədərdir, biz onu aydınlaşdırırıq".

    Mərkəzin direktoru onu da əlavə edib ki, bu zəlzələnin İran-İraqdakı zəlzələ ilə heç bir əlaqəsi yoxdur: "Ola da bilməz. Tamam başqa regiondur, ayrı-ayrı dərinlik qırılmaları ilə gedən seysmoloji prosesdir".
    PAYLAŞ:

    Oxşar xəbərlər