Azərbaycanda güclü zəlzələ: evlər dağıldı-FOTOLAR-Yenilənib

Azərbaycanda güclü zəlzələ: evlər dağıldı-FOTOLAR-Yenilənib
  • Manşet / Olay

  • Azərbaycanda baş verən 6 bal gücündə zəlzələ nəticəsində bəzi rayonlarda yaşayış evləri dağılıb

    Ağdam Rayon İcra hakimi Raqub Məmmədov Üçoğlan kəndində zəlzələdən zərər çəkmiş evə baxış keçirib.

    Teleqraf.com xəbər verir ki, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Eldəniz Abdullayev məlumat verib.

    Qeyd edək ki, dünən saat 23:48-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.

    Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

    Azərbaycanda güclü zəlzələ: evlər dağıldı-FOTOLAR-Yenilənib
    Azərbaycanda güclü zəlzələ: evlər dağıldı-FOTOLAR-Yenilənib
    Azərbaycanda güclü zəlzələ: evlər dağıldı-FOTOLAR-Yenilənib
    Azərbaycanda güclü zəlzələ: evlər dağıldı-FOTOLAR-Yenilənib
    Azərbaycanda güclü zəlzələ: evlər dağıldı-FOTOLAR-Yenilənib
    Azərbaycanda güclü zəlzələ: evlər dağıldı-FOTOLAR-Yenilənib

    ***

    Ağdam Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Əliyevin "Report"un Qarabağ bürosuna verdiyi xəbərə görə, rayonun Üçoğlan kəndində vətəndaşa məxsus fərdi yaşayış evi uçulub.

    Onun sözlərinə görə, eyni zamanda zəlzələ nəticəsində Quzanlı kəndində elektrik transformatorunda partlayış baş verib, qəsəbəyə verilən elektrik enerjisində fasilələr yaranıb. Hazırda "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən təmir-bərpa işləri görülür.

    Eyni zamanda Tərtər rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ramiz Şabanovun "Report"a verdiyi məlumata görə, 5 baldan yuxarı baş verən yeraltı təkanlar bir neçə kənddə dağıntılara səbəb olub, çoxlu sayda ev qəzalı vəziyyətə düşüb.

    O bildirib ki, yerli sakinlərin FHK-yə verdiyi məlumata görə, rayonun Evoğlu, İsmayılbəyli və Əskipara kəndlərində palçıqdan tikilən evlərin bir hissəsi zəlzələ nəticəsində uçulub. Rayonun digər yaşayış məntəqələrində çoxlu sayda evin hasarlarında çatlar əmələ gəlib.

    Hazırda komissiya tərəfindən dəymiş ziyanın miqdarı müəyyən edilir.

    Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun "Qafqazinfo”ya verdiyi məlumata görə ötən gün Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 127 ev xəsarət alıb.

    Azərbaycanda güclü zəlzələ: evlər dağıldı-FOTOLAR-Yenilənib

    İcra başçısı deyib ki, qəzalı vəziyyətdə olan bir ev tamamilə uçub:

    "İlkin əldə etdiyimiz məlumata görə, 127 evdə çat əmələ gəlib. Hansı ki, o evlərin əksəriyyətində çatlar var idi. Sadəcə olaraq həmin çatlar zəlzələ nəticəsində genişlənib. Bundan başqa, orta məktəbdə çat yaranıb.

    Həmçinin, qəzalı vəziyyətdə olan ev uçub. Həmin evdə yaşayış olmayıb. Yəni, ev sahibləri qəzalı vəziyyətdə olan hissədə olmayıblar. Faciəyə çevrilən, insanlara xəsarət edilən hadisə baş verməyib”.

    PAYLAŞ:

    Oxşar xəbərlər