Abşeron yarımadası üçün büdcədən 10,1 milyon manat ayrıldı (SƏRƏNCAM)

Abşeron yarımadası üçün büdcədən 10,1 milyon manat ayrıldı (SƏRƏNCAM)
  • Siyasət

  • Prezident İlham Əliyev Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər