Benzinin və dizelin qiyməti bu gecə bahalaşacaq? — RƏSMİ AÇIQLAMA

Benzinin və dizelin qiyməti bu gecə bahalaşacaq? — RƏSMİ AÇIQLAMA
  • Sosial / İqtisadiyyat

  • Bu gün axşam saatlarından etibarən Bakıda satılan "AI-95 Premium" markalı benzinin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb.

    Asiya.az Ölkə.Az-a istinadən xəbər verir ki, məlumatlara görə, Tarif Şurasının qərarı ilə "AI-95 Premium" benzini bu gecədən yeni qiymətlə satışa çıxarılacağı gözlənilir. Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.

    Məsələyə aydınlıq gətirmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Tarif Şurasından Ölkə.Az-a bildirdilər ki, Azərbaycanın istehsal etdiyi benzin bahalaşmayacaq.

    "Benzinin qiymətinin dəyişdirilməsilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.

    Qeyd edək ki, Tarif Şurası Azərbaycanda istehsal olunan mal və xidmətlərin qiymətini tənzimləyir. Azərbaycan isə "Aİ-92” markalı benzin istehsal edir. Bahalaşacağı deyilən "Premium Euro-95" markalı benzin isə xaricdən idxal olunur. Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün "AI-95 Premium" markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.
    PAYLAŞ:

    Oxşar xəbərlər