Bu barədə “Report”a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.
F.Sadıq bu gün dəfn ediləcək.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. 1975-ci ildən ömrünün son gününədək Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib. Prezidentin fəxri təqaüdçüsü idi.
Azərbaycanlı yazıçı, rejissor, ssenarist Orxan Fikrətoğlunun atasıdır.