Səhər yeməyi zamanı etdiyimiz 8 yanlış

Səhər yeməyi zamanı etdiyimiz 8 yanlış
  • Maraqlı / Araşdırma

  • Səhər yeməyini düzgün planlaşdırmaq gün ərzində yeyəcəyimiz yeməklərə, alacağımız kalorinin miqdarına və çəkimizə ciddi təsir göstərə bilir.

    Günün başlanğıcında bir çoxumuz düzgün qidalanmırıq və əsasən oxşar səhvləri edirik.

    Həmin səhvlərin siyahısını təqdim edirik:

    1. Müyvə şirəsi içmək

    Meyvə şirəsi içməklə meyvə yemək eyni şey deyil. Meyvə şirəsində şəkər və xalesterol səviyyəsi yüksək olduğu üçün qanda şəkərin miqdarı yüksəlir və gün ərzində tez-tez yemək ehtiyacı hiss edilir. Həmçinin şirəsi sıxılan meyvə ilə lif və digər vacib elementlərin qəbulundan imtina etmiş oluruq.

    2. Kifayət qədər zülal qəbul etməmək

    Zülal doyurucu qidalardandır və səhər yeməyi zaman proteinlə zəngin yumurta, süd məhsulları, yulaf, fıstıq əzməsi kimi məhsullardan imtina etməməliyik.

    3. Kifayət qədər qida lifi yeməmək

    Çəki atmaq, şəkərin qanda miqdarını tənzimləmək üçün qida lifləri vacibdir. Belə ki, səhər yeməyi zamanı liflərlə zəngin olan tərəvəzlərə və meyvələrə də yer verməliyik.

    4. Kifayət qədər su içməmək

    Gecə saatlarında uzun müddət su içmirik. Buna görə mütəxəssislər səhər yuxudan oyanan zaman çoxlu su içməyi məsləhət görürlər. Qəlyənaltıdan əvvəl içilən su uzun müddət toxluq hissi yaradır və gün ərzində sağlam qida seçimlərinə səbəb olur.

    5. Kifayət qədər yağ yeməmək


    Bir çox insan yağ yeməyin çəki almağa səbəb olduğunu düşünür. Vacib olan sağlam və bitki tərkibli yağlar qəbul etməkdir. Zeytun yağı, quru meyvələr, avakadonun tərkibindəki yağ bu sıraya daxildir. Yağ toxluq hissi yaradır və insana enerji verir.

    6. Yolda yemək

    İşə gedərkən yolda aldığımız karbohidratlarla zəngin un məmulatları yaxşı seçim deyil. Bu qidalar piylənməyə səbəb olur. Həmçinin diqqət edilmədən yeyilən məhsulun miqdarına nəzarət edilmir və qəbul edilən məhsul həddindən artıq çox olur.

    7. Çay, kofeyə şəkər əlavə etmək


    Kofe və çayların bir çox faydaları var, lakin bu içkilərə əlavə edilən krem və şəkər əlavə kalori almağınıza, həmçinin şəkərdən asılılığınızın yüksəlməsinə səbəb olur.

    8. Kifayət qədər yeməmək

    Səhər saatlarına kifayət qədər kalori qəbul eləmək olduqca vacibdir. Çünki səhər saatlarında yeyilən qidalar gün ərzində alacağınız kalorinin miqdarını kəskin azaldır, orqanizmdə maddələr mübadiləsini sürətləndirir və çəki atmağınıza kömək edir. Qəlyənaltıda həm protein, həm karbohidrat, həm yağ, həm də liflərlə zəngin qidalara üstünlük verməliyik. "Qaynarinfo" /size]
    PAYLAŞ:

    Oxşar xəbərlər