Daha bir azərbaycanlı xanım müğənninin kriminal avtoritetlə görüntüsü yayıldı - FOTO

Daha bir azərbaycanlı xanım müğənninin kriminal avtoritetlə görüntüsü yayıldı - FOTO
  • Mədəniyyət / Manşet

  • Daha bir azərbaycanlı xanım müğənninin kriminal avtoritetlə görüntüsü yayılıb.

    Asiya.az xəbər verir ki, həmin sənətçi əməkdar artist Zöhrə Abdullayevadır. Sosial şəbəkədə xanım müğənninin kriminal aləmdə Elnur Şuşalı kimi tanınan avtoritetlə görüntüləri əks olunub.

    Maraq üçün bildirək ki, Elnur Şuşalı "Lotu Quli"nin yaxın adamlarındadır.

    Qeyd edək ki, Zöhrə Abdullayeva həyat yoldaşı dünyasını dəyişdikdən sonra ailə qurmayıb. Bir oğlan övladı var.

    Yenicag.az-a açıqlama verən Zöhrə Abdullayeva xəbərdən şoka düşdüyünü bildirdi:

    “Nə danışırsan? O Elnur avtoritetdir? Mən nə bilim o kimlərlə dostluq edir. Mən rəfiqəmlə onun oğlunun ad gününə getmişəm. O da şuşalıdır, mən də, rəfiqəm də. Mən yazıq hardan bilim ki, o “Lotu Quli”nin yaxın dostudur. Mən buna inanmıram. O, taksiylə güclə gəzir, hardan avtoritet oldu? Belə də ki, yaxşı eləyib çəkdirmişəm. Kişilik avtoritetlərdə olur. O, mənim şuşalı balamdır. Onun 37 yaşı var, oğlumdan da kiçikdir. Belə xəbər yaymaq ayıbdır. Elnurun avtoritet olduğunu sizdən eşidirəm. O, İsveçdə yaşayır. İsveçdə lotuluq eləmək olar?”.

    Qeyd edək ki, əməkdar artistin avtoritetlə şəklini ilk olaraq Milli.Az saytı yayıb.

    Xatırladaq ki, Fədayə Laçının "Qoca" ləqəbli kriminal avtoritetlə sevgili olduğu üzə çıxıb və xanım müğənni sözügedən şəxsin həbsxanadan qaçırılmasında iştirakda ittiham edilərək həbs edilib.

    Həmin fotonu təqdim edirik:

    Daha bir azərbaycanlı xanım müğənninin kriminal avtoritetlə görüntüsü yayıldı - FOTO
    Daha bir azərbaycanlı xanım müğənninin kriminal avtoritetlə görüntüsü yayıldı - FOTO

    PAYLAŞ:

    Oxşar xəbərlər