Cinayət törədib qaçan əsgərin ölümü ilə bağlı rəsmi açıqlama- Foto

Cinayət törədib qaçan əsgərin ölümü ilə bağlı rəsmi açıqlama- Foto
  • Sosial / Manşet

  • Azərbaycan Müdafiə Nazirliyi meyiti Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında qalan azərbaycanlı əsgərlə bağlı mlumat yayıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

    Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

    Qeyd edək ki, Sentyabrın 27-si, səhər saat 7 radələrində Naxçıvan MR-nın Culfa rayon "N" saylı hərbi hissəsində ölüm hadisəsi olub. Əsgərin 3 nəfər hərbi xidmət yoldaşını güllələyərək öldürdüyü bildirilir.

    Ölənlər Siyəzən rayon sakini, zabit Nahid Qərib oğlu Abbasov, Qaradağ rayonu, Sahil qəsəbəsinin sakini Elvin Elşən oğlu Şərifli və Şərur rayon, Düdəngə kəndinin sakini, 1993-cü il doğumlu Vüsal Rafiq oğlu Ağayevdir. Öldürən əsgərin Bəhruz Pərviz oğlu Cəlilbəyli olduğu deyilir.

    Məlumata görə, “Dedovşina” vəziyyətində baş verən hadisədən sonra hərbçi Bəhruz Cəlilbəyli rabitə xətlərini kəsərək, hadisə yerindən qaçıb.

    Cinayət törədib qaçan əsgərin ölümü ilə bağlı rəsmi açıqlama- Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər