Piyada keçidinə məhəl qoymayan kişini iki avtomobil vurub öldürdü (FOTOLAR)

  • Olay

  • Bakının Nərimanov rayonunda yeraltı piyada keçidindən istifadə etməyən kişini iki avtomobil vuraraq öldürüb.

    Asiya.az Report-a istinadən xəbər verir ki, hadisə 40-45 yaşlı kişinin Heydər Əliyev prospektində yeraltı piyada keçidinə məhəl qoymayaraq avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yoldan keçmək istədiyi zaman baş verib.

    Onu əvvəlcə "10-NZ-777” dövlət qeydiyyat nişanlı avtomobil sağ hissəsi ilə vurub. Markası məlum olmayan digər avtomobil isə yerə yıxılan piyadanı vuraraq öldürüb. Hadisəni törədən ikinci avtomobil qəza yerindən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə yerində ekspertiza işləri aparılıb.

    Meyit ölənin şəxsiyyətini müəyyənləşdirmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

    Piyada keçidinə məhəl qoymayan kişini iki avtomobil vurub öldürdü (FOTOLAR)
    Piyada keçidinə məhəl qoymayan kişini iki avtomobil vurub öldürdü (FOTOLAR)
    Piyada keçidinə məhəl qoymayan kişini iki avtomobil vurub öldürdü (FOTOLAR)
    Piyada keçidinə məhəl qoymayan kişini iki avtomobil vurub öldürdü (FOTOLAR)
    Piyada keçidinə məhəl qoymayan kişini iki avtomobil vurub öldürdü (FOTOLAR)
    Piyada keçidinə məhəl qoymayan kişini iki avtomobil vurub öldürdü (FOTOLAR)
    Piyada keçidinə məhəl qoymayan kişini iki avtomobil vurub öldürdü (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər