Qəza törətmiş məmur nəvəsi əsgərlikdə olduğundan xəbərsizmiş... - Şok

Qəza törətmiş məmur nəvəsi əsgərlikdə olduğundan xəbərsizmiş... - Şok
  • Sosial / Cəmiyyət

  • Bakıda “Gelandavagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin ilk məhkəmə iclasında anket məlumatları yoxlanılarkən səhvə yol verilib.

    Məhkəmə prosesində onun hərbi xidmətdə olmadığı bəyan edilsə də, əslində, Nail Allahverdiyevin xidmət etdiyi məlum olub.

    O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində xidmət edib

    Xatırladaq ki, Nail Allahverdiyev dünən baş tutan məhkəmə prosesində hərbi xidmətdə olması ilə bağlı sualı cavablandırarkən mənfi cavab vermişdi /Report/.
    PAYLAŞ:

    Oxşar xəbərlər