Kombilərdən istifadə zamanı qaz sərfiyyatını bu yolla 35 faiz azaldın - VİDEO

Kombilərdən istifadə zamanı qaz sərfiyyatını bu yolla 35 faiz azaldın - VİDEO
  • Maraqlı / Araşdırma

  • İstisu xətləri, radiatorlar, bir sözlə bütün kombi sistemi xüsusi avadanlıqla yuyulur və bununla da qaz sərfiyyatı azalır.

    Ölkəmizə yeni getirilən xususi avadanlıq kombi üçün istifadə edilən qaza 35 faizə qədər qənaət etməyə imkan verir. Əməkdaşlarımız həmin prosesi izləyib və qaza hansı formada qənət etməyin mümkün olduqunu öyrəniblər.

    Asiya.az xezerxeber.az-a istinadən bildirir ki, kombi sistemi xüsusi avadanlıqla yuyulur və proses zamanı şəbəkədən qap-qara rəngli su tökülür. Üstəlik, su tamamilə lildən ibarətdir.
    Ölkəmizə yeni gətirilən avdanlıq vasitəsi ilə radiatorlar və kombi açılmadan bir nöqtədən qoşulmaqla kombi sistemini yumaq mümkündür. Bu üsul isə qaza böyük həcmdə qənaət etməyə imkan verir.
    Sistem yuyulduqdan sonra tıxanmış yollar açıldığından, su daha rahat dövr elədiyi və təmiz suyun qızması daha tez baş verdiyi üçün qazın sərfiyyatı da azalır.
    Usta Zaur Allahverdiyevin sözlərinə görə, radiotorun içindəki su təmizlənmədikdə bu, tez-tez kombilərin sıradan çıxmasına və evin yaxşı isinməməsinə səbəb olur.
    Bu prosesin maksimum hər 4 ildən bir təkrarlanması məsləhət görülür.


    PAYLAŞ:

    Oxşar xəbərlər