FTB-nin məlumatlarına görə ən təhlükəli bürclər: psixopatlar, canilər

FTB-nin məlumatlarına görə ən təhlükəli bürclər: psixopatlar, canilər
  • Maraqlı / Araşdırma

  • Xarici astroloji mənbələr adı FTB-nin siyahısında olan ən təhlükəli cinayətkarlarla bağlı təhlillər apararaq, hansı bürclərin daha çox cinayətə meyilli olması barədə yazı hazırlayıblar.

    Asiya.az Qaynarinfo-ya istinadən sözügedən mübahisəli araşdırmanı sizlərə təqdim edir:

    Əkizlər

    Əkizlər bürcü statistikaya görə ən təhlükəsiz bürc hesab edilir. Bu bürcdə doğulan insanlar dəyişik xarakterə sahib olduqları üçün təhlükəli hesab edilsələr də, araşdırmalar zamanı bunun tamamilə əksi üzə çıxıb. Belə ki, fərqli ruh aləminə malik olmaları ilə digər bürclər arasında seçilən əkizlər əslində özlərindən başqa heç kimi incitmirlər.

    Dolça

    Qanunları və prinsipləri olan dolçalar təhlükəsizliyinə görə ikinci sıradadır. İnsanları və hadisələri böyük məharətlə manipulyasiya edə bilən dolaçalar, bəlkə də heç zaman tutulmadıqlarından bu qədər məsum görünürlər.

    Şir

    Ətrafın diqqətini öz üzərlərinə çəkməyi sevən şirlər da əslində təhlükəsizdirlər. Belə ki, bu bürcdə doğulanlar ifadələrində törətdikləri cinayətləri ətrafın diqqətini çəkmək məqsədilə etdiklərini bildirirlər. Yenə də 3-cü sırada olmaq yaxşı nəticədir.

    Tərəzi

    Ədalətli, səbrli və nəzakətli xarakterə malik tərəzilər dolça, aslan, əkizlər kimi bürcləri keçərək doqquzuncu sırada yerləşib. Tərəzilər törətdikləri cinayətləri zövq aldıqları üçün yox, daha çox ədaləti bərpa etmək və çıxılmaz vəziyyətdə qaldıqları üçün etdiklərini deyirlər.

    Qız

    Vasvası olan qızlar ən psixopat bürclər sırasında səkkizinci yerdədir. Etdikləri cinayətləri ən incə detalına qədər düşünən və vasvası hərəkət edən bu bürcün insanları dəlilləri yox etmək və tutulmamaq məsələsində peşəkar hesab oluna bilərlər. Bu bürclərin ağır cinayətlərlə müqayisədə daha çox dələduzluqda adı hallanır.

    Balıqlar

    Bir çoxları elə düşünür ki, balıqlar məsum və xoşxasiyyətdirlər. Lakin statistikalar bunun tamamilə əksini deyir. Belə ki, ən təhlükəli canilər sinfindən olan seriyalı qatillər bu bürcdən çıxır. Məsələn ABŞ-ın klon qiyafəsində cinayət törədən ən təhlükəli canisi Con Ueyn Geysinin bürcü də balıq idi. Təsəvvür edin ki, qatilin evinin zirzəmisindən 27 ədəd cəsəd çıxarılmışdı.

    Oğlaq

    Oğlaq bürcü siyahının tən ortasında yer alıb. Bu bürcdən rəqəm etibarilə ortalama sayda cinayətkarlar və psixopatlar çıxsa da, digər qatillərlə müqayisədə ən çox cinayət işləyənlər də elə oğlaqlardır.

    Qoç

    Qoçlar təhlükəliliyinə görə ilk beşlikdədir. Adətən cinayəti törədib, daha sonra peşmançılıq çəkən sinifdən olan cinayətkarlar bu bürcdə doğulub. Qoçlar çox tərs və inadçı olurlar. Birdən əsəbiləşə bilirlər. Digər bürclər qoçlardan bir qədər uzaq gəzsə, daha yaxşı olar. Necə deyərlər, çox qoç sağlamlığınız üçün təhlükəlidir.

    Buğa

    Buğa dördüncü sıradadır. Cinayətləri daha çox öz mənafeləri naminə edirlər. Yəni, balıqlar kimi o qədər də psixopat, qoçlar kimi əsəbi və tərs deyillər. Onlar üçün hər şeydən əvvəl puldur. Pula görə edə bilməyəcəkləri dələduzluq yoxdur. Yəni, pul qarşılığında olan cinayətlərdə demək olar ki, liderdirlər.

    Oxatan

    Dünyada oxatan bürcündə olanların sayı az olsa da, aralarından bu qədər cinayətkar çıxması həqiqətən təəccüb doğurur. Digər bürclərlə müqayisədə açıq fərqlə cinayət aləminin kralı hesab edilə bilərlər. Maraqlısı isə odur ki, cinayətləri daha çox özləri deyil, başqasına etdirirlər. Xarizmatik hərəkətləri və ağıllı olmaları onları mafiya başçılığından narkobaronluğa, hətta diktatorluğa qədər aparıb çıxarıb. Onlar haqqında çoxlu film çəkilib. Tarixin ən məşhur cinayətkarları Pablo Eskobar, Ted Bandi, Laki Luçiano, Çarlz Broson, hətta diktator Stalin də oxatan bürcündəndir.

    Əqrəb

    Əqrəblər ən təhlükəli ikinci bürcdür. Bu bürcdə doğulanlar onlara qarşı edilən pisliyi heç vaxt unutmazlar. Mərhəmətsizliyə qat-qat artıqlaması ilə cavab verərlər. Ən təhlükəli tərəfləri isə cinayətlərində qurbanlara daha çox işgəncə verməyə və sadistliyə meyillidirlər. Ən məşhur psixopatlardan hesab edilən Çarlz Manson da məhz bu bürcdəndir.

    Xərçəng


    Xərçənglər psixopat sayına görə zirvədədir. Bu bürc cinayət aləmində bir nömrədir. Onlar bu sahədə çox tez parlayırlar. Bu bürcün törətdiyi cinayətlər ağıl, pul və ya digər məsələlərlə bağlı deyil. Daha çox qısqanclıq, duyğusallıq zəminində öldürməyə meyillidirlər.

    P.S. həyatınızı və ya həyatınızdakıları bürclərə görə müəyyənləşdirməyin. Sevin ki, seviləsiniz. Fərqi yoxdur bu balıqdır, ya anakonda…
    PAYLAŞ:

    Oxşar xəbərlər