Qubanın yeni icra başçısı ilə bağlı maraqlı fakt

Qubanın yeni icra başçısı ilə bağlı maraqlı fakt
  • Hadisə

  • Qubanın yeni təyin edilən icra başçısı Ziyəddin Əliyevin bioqrafiyası barədə Rayon İcra Hakimiyyətinin rəsmi saytına heç bir məlumat yerləşdirilməyib.

    Asiya.az axar.az-a istinadən xəbər verir ki, Yaşar Məmmədovun yerinə təyinat alan Z.Əliyev prezident tərəfindən "Əməkdar mühəndis" adı ilə təltif edilib.

    Amma onun əvvəlki iş yeri olan Azəravtoyol ASC-də hansı vəzifəni daşıdığı haqda da heç bir informasiya yoxdur.

    Yalnız internet resurslarında axtarış apararkən 2013-cü ildə "Respublika" qəzetində çap olunmuş məqalədə məlum olur ki, həmin ilin fevralında Z.Əliyev "Azəryolservis” ASC 81 saylı Yol-istismar idarəsinin rəisi təyin olunub.

    Bu idarə Binəqədi rayonunda yolların asfaltlanması, təmir-tikintisi, genişləndirilməsi ilə məşğuldur.

    PAYLAŞ:

    Oxşar xəbərlər